İsveç evdə doğuş praktikasını tətbiq edir
Stokholm, 22 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Uppsala bölgəsində qəbul edilən yeni qərara görə, mamaçalar təkrar hamilə qalan qadınların ev şəraitində doğuşunu həyata keçirə biləcəklər.
AZƏRTAC xəbər verir ki, əksər siyasətçilər 2026-cı ildən gec olmayaraq region tərəfindən maliyyələşdirilən evdə doğuşun tətbiqinin tərəfdarıdır.
Lakin, bir qrup həkim siyasətçilərin qərarından inzibati məhkəməyə şikayət etmək qərarına gəlib. “Doğuş zamanı bir göz qırpımında fəsadlar baş verə bilər. Evdə doğuş həm körpənin, həm də ananın həyatını təhdid edən riskləri ehtiva edir”, -deyə həkim Anna Rask-Andersen deyir.
Regional Şuranın üzvü Unn Harsemin sözlərinə görə, artıq bu gün evdə doğuş praktikası müşahidə olunur və region buna müdaxilə etməlidir. O qeyd edib: “Evdə doğuş sağlamlıq xidmətlərinə yaxşı inteqrasiya olunarsa, onda təhlükəsizdir. Əks halda, vəziyyət riskli olur. Hazırda müvafiq prosedurların mövcud olmasını təmin etmək, məsələn, pasiyenti zəruri hallarda yüksək səviyyəli palataya köçürmək çətindir”.
Uppsala Universiteti Xəstəxanasının tibb işçiləri siyasətçilərin evdə doğuşun tərəfdarı olduqları sosial media tendensiyalarından təsirləndiyinə inanırlar. Həkimlər siyasətçilərin etibar etdiyi dəlilləri şübhə altına alır və Milli Sağlamlıq və Rifah Şurasının tövsiyələrinin əsaslı olmadığını deyirlər.
Anna Rask-Andersen deyir: “Biz siyasətçilərin sosial mediada trendlərə qulaq asmasını qəbuledilməz hesab edirik”.
Ödənişli evdə doğuş imkanı artıq İsveçin Stokholm və Västerbotten bölgələrində müəyyən dərəcədə yayılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]