Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-si saat 07:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qırız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Olkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 22-si gündüzədək, bölgələrdə isə 23-ü gündüzədək fasilələrlə davam edəcək.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top