Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib

Bakı, 22 iyun, AZƏRTAC

Tatarıstanın paytaxtı Kazan şəhərində “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, koreş idman növü üzrə idmançılarımızdan Ariz Hüseynov (60 kiloqram) və Mehdi Həciyev (80 kiloqram) gümüş, Abdulla Şərif (90 kiloqram) və Cəsur Mehdiyev (70 kiloqram) isə bürünc medal qazanıblar.

Cüdoçularımızdan Südabə Ağayeva (70 kiloqram), Hüseyn Allahyarov (60 kiloqram) və Rəşad Yelkiyev (66 kiloqram) bürünc medala sahib olublar.

Qılıncoynatmanın sablya növü üzrə qadın idmançılarımız komanda hesabında bürünc medal qazanıblar.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top