Hande Harmancı: Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır
Bakı, 20 iyun, AZƏRTAC
İnsanın fiziki vəziyyəti yaxşı olanda sağlamlıqdan, xəstəlikdən danışmır. Ancaq oynaqlarımız, başımız ağrıyanda sağlamlıq haqqında danışırıq. Sağlamlıq hər şey deyil, lakin sağlamlıq olmadan heç bir şey yoxdur. Beləliklə, bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır. COVID-19 bunu bizə çox yaxşı öyrətdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Bir sağlamlıq, bir planet: Davamlı gələcək üçün birləşmək” adlı panel müzakirələrdə çıxışında deyib.
“COVID-19 bizə elə böyük sarsıntı vurdu ki, bu, bizdə çox primitiv bir şeyi, yaşamaq instinktini işə saldı. Evlərimizə qapanaraq girişi bağlamaq və heç kəsi içəri buraxmamaq istəyirdik ki, özləri ilə xəstəlik və ya ölüm gətirməsinlər. Biz bunu etdik. Sərhədlərimizi bağladıq. Biz başqalarını tənbəl, axmaq və ya çox itaətkar olmaqda günahlandırmağa başladıq.
Hökumətlərimizə, ÜST-yə, qonşularımıza qarşı şübhələrimiz getdikcə daha çox artırdı. Bu, ölkələr, icmalar və insanlar arasındakı fərqi gücləndirdi. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon dollara başa gəlib. Təkcə karantin xərcləri qlobal ÜDM-in 9 faizini təşkil edirdi. Biz etimad institutlarının itirilməsinin, hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərin dəyərini hesablaya bilmirik.
İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərarqəbuletmə prosesinə hazırlaşırıq. Söhbət şübhəsiz ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur. Gedib həyata yenidən başlaya biləcəyimiz başqa planet yoxdur”, – deyə H.Harmancı əlavə edib.
O qeyd edib ki, COP29 sağlamlıq barədə məsuliyyət götürmək və bununla bağlı nələrisə etmək üçün bir vasitədir. Bunu gələcəkdə COVID-19 kimi pandemiyaların qarşısını almağın bir yolu olduğunu vurğulayan ÜST-nin nümayəndəsi əlavə edib: “Daha bir yol, insanların həyatını xilas etmək, xərcləri azaltmaq və qlobal sülhə və inkişafa töhfə vermək üçün hökumətlər, ölkələr və qlobal icma kimi qüvvələri birləşdirməkdir. Sağlamlığın tərifi insanların, heyvanların və ekosistemin sağlamlığını davamlı şəkildə tarazlaşdırmaq və optimallaşdırmaq məqsədi daşıyan inteqrasiya olunmuş, birləşdirici yanaşmadır. Beləliklə, ayrı-ayrılıqda hərəkət zamanı əldə edə bilməyəcəyimiz şeylərə nail olmaq üçün mərkəzlər arasında birlikdə düşünmək və hərəkət əsas məsələdir”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]