BANM tələbələri ABŞ Dövlət Departamentinin proqramının qalibi olublar
Bakı, 20 iyun, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ABŞ Dövlət Departamentinin dəstəyi, “Ventures Well”in təşkilatçılığı ilə Cənubi Qafqaz ölkələri üçün akselerasiya proqramının qalibi olublar.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, qaliblər kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Fatimə Məmmədova və Fərid Əliyevdir. “Atəşgah” komandasının tərkibində çıxış edən BANM tələbələri Tbilisidə keçirilən 5 həftəlik proqramı uğurla tamamlayıblar. Qaliblər 5000 dollar mükafat əldə ediblər. Layihənin mentoru BANM-in əməkdaşı Elmar Əsgərzadədir.
Xatırladaq ki, “Atəşgah” bundan öncə “TEKNOFEST” festivalının da qalibi olub. Layihənin əsas məqsədi isə günəş panellərinin soyudulmasıdır. Proqram Azərbaycan üzrə SUP VC şirkətinin dəstəyi ilə həyata keçirilib. Sözügedən şirkət “Ventures Well”in Azərbaycan üzrə tərəfdaşıdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]