ADY gecikməyə görə sərnişinlər üçün ödənişsiz avtobus və qatarlar təyin edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ADY gecikməyə görə sərnişinlər üçün ödənişsiz avtobus və qatarlar təyin edib

Bakı, 20 iyun , AZƏRTAC

Ötən gün Ağstafadan Bakıya saat 17.30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.

Azərbaycan Dəmir Yollarından (ADY) AZƏRTAC-a bildirilib ki, bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.

Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.

ADY yaranmış problemə görə sərnişinlərdən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top