Azərbaycan beynəlxalq multiidman turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Bakı, 19 iyun, AZƏRTAC
Rusiyanın Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multiidman turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, milli komanda 14 çəki dərəsində 7 qadın və 7 kişi idmançı ilə təmsil olunacaq.
Qadınlar arasında Ramilə Əliyeva (48 kiloqram), Nuray Quliyeva (52 kiloqram), Nərgiz Hacıyeva (57 kiloqram), Leyla Hüseynova (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Nigar Süleymanova (+78 kiloqram) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Hüseyn Allahyarov (60 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), Musa Hüseynli (90 kiloqram), Hüseyn Dadaşov (100 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) güclərini yoxlayacaqlar.
Cüdo yarışları iyunun 21-22-də təşkil olunacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]