Avro-2024: Portuqaliya millisi geri dönüş edərək qalib gəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro-2024: Portuqaliya millisi geri dönüş edərək qalib gəlib

Bakı, 19 iyun, AZƏRTAC

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 62-ci dəqiqədə Lukas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.

Qrupun ilk görüşündə Türkiyə yığması Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top