Professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Turan Elmlər Akademiyasının akademiki seçilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetdə təşkil olunan görüş zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd professor Mahirə Hüseynovanın monoqrafiyalarının, dərs vəsaitlərinin Turan Elmlər Akademiyasının bütün üzvləri tərəfindən təqdir olunduğunu və yekdilliklə ona səs verildiyini bildirib.
Professor Vüqar Əhməd Turan Elmlər Akademiyasının prezidenti, Leybniz adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (Almaniya) Xaydarberk Bababekovun professor Mahirə Hüseynovaya ünvanladığı təbrik məktubunu da səsləndirib.
Professor Mahirə Hüseynova göstərilən etimada görə Turan Elmlər Akademiyasının prezidentinə və bütün üzvlərinə təşəkkürünü bildirib, Azərbaycan-Özbəkistan dostluq münasibətlərinin inkişafının vacibliyini qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]