Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Türkiyədə səfərdədir
Ankara, 12 iyun, AZƏRTAC
Türkiyəyə səfər edən Vətən müharibəsi şəhidlərinin doğmaları və yaxınlarının bir qrupu Cümhuriyyətin banisi, qardaş ölkənin ilk Prezidenti Qazi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, səfərin təşkilatçısı qismində Türkiyənin Kırşehir vilayətinin Şəhid Ailələri Cəmiyyəti sıxış edib. Səyahət “Şəhid ailələri Qafqaz İslam ordusunun izində” layihəsi çərçivəsində baş tutub.
Azərbaycanın qəhrəmanlarının doğmaları və yaxınları dahi Atatürkün mavzoleyinə əklil qoyub, onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra layihə iştirakçıları Kırşehir vilayətində Türkiyə və Azərbaycanın şəhid ailələrinin görüşündə iştirak ediblər. Azərbaycandan gəlmiş qonaqları vilayətin valisi Mete Buhara qəbul edib. O, görüşün yekununa dair paylaşımında bildirib ki, şəhid ailələri ilə söhbətdən şərəf duyub. Mete Buhara, həmçinin görkəmli şair Bəxtiyar Vahabzadənin Türkiyə-Azərbaycan dostluğu haqqında şeirini paylaşıb.
Kırşehir vilayətindəki Şəhid Ailələri Cəmiyyətinin rəhbəri Mutlu Kılıçarslan bildirib ki, layihənin əsas məqsədi “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaş ölkələrimiz arasında əlaqələri möhkəmləndirməkdir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]