Həcc ziyarəti üçün 1,5 milyondan çox insan Məkkəyə gedib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Həcc ziyarəti üçün 1,5 milyondan çox insan Məkkəyə gedib

Bakı, 12 iyun, AZƏRTAC

Zəvvarlar Həcc ziyarətinin başlaması ərəfəsində Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə axışıblar.

AZƏRTAC “Saudi Gazzeta” qəzetinə istinadla xəbər verir ki, ölkənin Baş Pasport İdarəsi Həcc ziyarəti üçün 1 milyon 547 min 295 zəvvarın gəldiyini açıqlayıb. Bu rəqəm hava, quru və dəniz limanları vasitəsilə Krallığa daxil olan bütün zəvvarları əhatə edir.

Səudiyyə rəsmiləri zəvvarların sayının artacağını və 2023-cü ildən çox olacağını gözlədiklərini bildiriblər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top