Şəkidə narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb
Bakı, 12 iyun, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və üzərində tapança gəzdirən 34 yaşlı Nicat Cəfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və oğurluq cinayətlərinə görə dəfələrlə məhkum edilmiş şəxsdən “Makarov” markalı tapança götürülüb. Davam etdirilən tədbirlərlə N.Cəfərovun rayonun Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Əraziyə baxış keçirilərkən ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini bildirib. N.Cəfərov ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb.
Məhkəmənin qərarı ilə N.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]