Bursada Azərbaycanın bazarına sərmayə qoymaq imkanları müzakirə olunub
Ankara, 12 iyun, AZƏRTAC
Türkiyənin Bursa vilayətində “Azərbaycanın investisiya mühiti: stimullaşdırma, güzəştlər, idxal və ixrac imkanları” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Bursa Ticarət və Sənaye Palatasının (BTSP) təşkil etdiyi tədbirin məqsədi yerli investorların diqqətini Azərbaycanın inkişaf etməkdə olan bazarının potensialına cəlb etmək olub.
Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev və ölkənin Ticarət nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev iştirak ediblər.
Türkiyəli iş adamlarına Azərbaycanda həyata keçirilən investisiya layihələri haqqında hərtərəfli məlumat verilib, kənd təsərrüfatının inkişafı proqramlarına xüsusi diqqət yetirilib. Turizm sektorunun inkişafı və daşınmaz əmlak bazarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Ticarət nümayəndəliyinin əməkdaşları qardaş ölkənin sahibkarlarını Azərbaycanda vergi sistemi, investisiya fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması və investorlar üçün nəzərdə tutulan güzəştlər barədə də məlumatlandırıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]