Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusu Ordubad rayonunda dəfn edilib
Naxçıvan, 12 iyun, AZƏRTAC
Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində tapılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubad rayonunun Gənzə kənd qəbiristanlığında vida mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət, media nümayəndələri iştirak ediblər.
Ceyhun Hüseynov kənd qəbiristanlığında torpağa tapşırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]