Yığmanın baş məşqçisi: İlk standart vəziyyətdən qol buraxdığımıza görə təəssüflənirəm
Bakı, 11 iyun, AZƏRTAC
“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geri dönüş etməyi bacardılar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov Macarıstanın Sombatxey şəhərinin “Haladaş” İdman Kompleksində keçirilən beynəlxalq yoldaşlıq oyununda Qazaxıstan seçməsinə 3:2 hesabı ilə qalib gəlmələri barədə danışarkən deyib.
Mütəxəssis ilk standart vəziyyətdən qol buraxdıqlarına görə təəssüfləndiyini bildirib: “Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı. Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]