® “Azercell”in növbəti ESG tədbiri keçirilib
Lider mobil operator ESG (ətraf mühit, sosial və idarəetmə) mövzusunda növbəti tədbirini uğurla həyata keçirib. “Dayanıqlı İnkişaf: Çağırışlar və Həll Yolları” adlı tədbirdə mövzunu müzakirə etmək üçün sənaye ekspertləri, dövlət qurumları, biznes və QHT nümayəndələri bir araya gəlib.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin və mövcud vəziyyəti” mövzusunda çıxış edərək bildirib ki, BMT-in Davamlı İnkişaf Məqsədlərinə çatmaqda əsas vasitələrdən biri olan mobil əlaqə icmaların inkişafına böyük təsir göstərir.
“Onu da qeyd edim ki, telekommunikasiya sektorunun iştirakçıları texnologiyanın ən həssas təbəqələr üçün əlçatanlığını artıraraq davamlı inkişafa daha çox töhfə verə bilər. Məsələn, son yeddi il ərzində qlobal miqyasda 2 milyarddan çox insan mobil telefonlar vasitəsilə internetə çıxış əldə edib. Bu da öz növbəsində rəqəmsal uçurumu azaltmağa və insanların informasiya resurslarına çıxışını daha da asanlaşdırıb”, – deyə Kanako Mabuçi əlavə edib.
Tədbir çərçivəsində keçirilən paneldə millət vəkili, BMT-nin İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov və “Azercell”in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva müzakirələr aparıblar.
Nigar Arpadarai çıxışında beynəlxalq ESG tendensiyaları, dayanıqlı inkişafın cari vəziyyəti və qlobal perspektivləri haqqında fikirlərini paylaşıb.
Samir Məmmədov isə Azərbaycanda dayanıqlılıq təşəbbüslərini inkişaf etdirmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarından və yerli bizneslərin ESG-yə yanaşmasından danışıb. “Azercell”in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva lider mobil operatorun ESG hesabatını tədbir iştirakçılarına təqdim edərək, şirkətin davamlı inkişaf sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verib. Baş direktor qeyd edib ki, “Azercell”in ESG hesabatı mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinin əsasını təşkil edən şəffaflıq və dayanıqlı inkişaf məsələlərində “Azercell”in tərəfdaşlar qarşısında məsuliyyətinin sübutudur.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]