Azərbaycanla Albaniya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli ilə görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva Azərbaycanda mövcud qida təhlükəsizliyi sistemi, Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarının maddi-texniki bazası, Elmi Araşdırmalar Mərkəzi tərəfindən aparılan elmi-tədqiqat işləri, kadr potensialı, sahibkarlıq subyektlərinə təklif olunan xidmətlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ətraflı məlumat verib.
Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyindəki həmin laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında uğur əldə edib. Qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından birgə əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub.
Albaniyanın Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Kənd Təsərrüfatı və Qida Təhlükəsizliyi Siyasətləri qurumunun Baş direktoru İrfan Tarelli iki qurum arasında əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib, mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdən sonra İrfan Tarelli tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun Analitik Ekspertiza Mərkəzinin Kompleks Tədqiqatlar Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası və Milli Referens Laboratoriyasına baxış keçirib. Ona həyata keçirilən laborator müayinə üsulları barədə məlumat verilib, beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının qida təhlükəsizliyinin təmin edilməsindəki roluna diqqət çəkilib. Müayinələrin beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirildiyi vurğulanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
Astana, 8 sentyabr, AZƏRTAC 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər Dünyası” etnoaulunun açılışı olub. […]
-
Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Bakı, 8 sentyabr, AZƏRTAC Avqust ayında Çinin valyuta ehtiyatları son 8,5 ilin ən yüksək səviyyəsinə […]
-
Alimlər sudakı kimyəvi maddələri tez və ucuz şəkildə məhv edən üsul hazırlayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC Alimlər suda “sonsuz kimyəvi maddələri” tutaraq məhv edən yeni üsul hazırlayıblar. […]