Zelenski: Ukrayna hərbçiləri Xarkov istiqamətini daha da gücləndirəcək
Kiyev, 8 iyun, AZƏRTAC
Ukrayna hərbçiləri Xarkov istiqamətini daha da gücləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.
Zelenski bildirib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə cəbhədəki ümumi vəziyyəti müzakirə edib.
“Çox əhəmiyyətli nəticə odur ki, Rusiya ordusu Xarkov əməliyyatını həyata keçirə bilmədi”, – deyə dövlət başçısı vurğulayıb.
Həmçinin, Sırski, Zelenskinin sözlərinə görə, Donetsk vilayətində istiqamətlər barədə məlumat verib. Bu gün orada vəziyyət çətindir.
“Biz ordumuzu daha çox ehtiyatla təmin etməyə çalışırıq”, – deyə prezident əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
BƏNZƏR MƏQALƏLƏR
-
Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
Astana, 8 sentyabr, AZƏRTAC 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər Dünyası” etnoaulunun açılışı olub. […]
-
Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Bakı, 8 sentyabr, AZƏRTAC Avqust ayında Çinin valyuta ehtiyatları son 8,5 ilin ən yüksək səviyyəsinə […]
-
Alimlər sudakı kimyəvi maddələri tez və ucuz şəkildə məhv edən üsul hazırlayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC Alimlər suda “sonsuz kimyəvi maddələri” tutaraq məhv edən yeni üsul hazırlayıblar. […]