Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Bakı, 8 iyun, AZƏRTAC
Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib. Yerli prokurorun sözlərinə görə, arxipelaqdakı iğtişaşlar başlayandan bəri ölənlərin ümumi sayı səkkiz nəfərə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə Payta şəhərindəki Kol-de-la-Piroq rayonunda, arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.
Prokuror bildirib ki, cümə günü başından yaralanan 26 yaşlı kişi də vəfat edib.
Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə – 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.
Fransa parlamenti tərəfindən sözügedən islahata baxılması ərəfəsində yeni Kaledoniyada iğtişaşlar və jandarmların müstəqillik tərəfdarları ilə ilk toqquşmaları başlayıb. Səlahiyyətli orqanlar “misli görünməmiş zorakılıqlar” barədə məlumat veriblər. Arxipelaq ərazisində fövqəladə vəziyyət elan edilib, TikTok bloklanıb, Parisdən hərbi dəstək göndərilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Alimlər ömrü uzadan yeni gen aşkarlayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC Alimlər uzunömürlülüklə əlaqəli yeni gen aşkarlayıblar. AZƏRTAC xarici mediaya istinadla xəbər […]
-
Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
Astana, 8 sentyabr, AZƏRTAC 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər Dünyası” etnoaulunun açılışı olub. […]
-
Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Bakı, 8 sentyabr, AZƏRTAC Avqust ayında Çinin valyuta ehtiyatları son 8,5 ilin ən yüksək səviyyəsinə […]