Həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini saxlanılıb – YENİLƏNİB
Gəncə, 8 iyun, AZƏRTAC
Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərov ov silahından açılan atəş nəticəsində aldığı xəsarətlə müalicə aldığı xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
23:03
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H.Mamedov tərəfindən törədilməsi müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Çini qablar – hazırlanma qaydası uzun illər əcnəbilərdən gizlədilən sənət
Pekin, 8 sentyabr, AZƏRTAC Tarixən imperator saraylarını bəzəyən, şahlara, krallara verilən bahalı hədiyyələr arasında çini […]
-
Alimlər ömrü uzadan yeni gen aşkarlayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC Alimlər uzunömürlülüklə əlaqəli yeni gen aşkarlayıblar. AZƏRTAC xarici mediaya istinadla xəbər […]
-
Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
Astana, 8 sentyabr, AZƏRTAC 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər Dünyası” etnoaulunun açılışı olub. […]