UNESCO-nun mənzil-qərərgahında Rus Dili Günü qeyd edilib
Paris, 7 iyun, AZƏRTAC,
UNESCO-nun mənzil qərargahında Puşkin Günü və ya Rus Dili günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının, Qafqaz və Orta Aisya ölkələrinin UNESCO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Rus Dili Günü məşhur rus şairi Aleksandr Puşkinin anadan olmasının 225-ci ildönümündə – iyunun 6-da hər il olduğu kimi bu il də təntənə ilə qeyd edilib.
Çıxış edənlər BMT-nin 6 rəsmi dili arasında olan rus dilinin geniş auditoriyası olduğunu vurğulayıblar. Rus dili və ədəbiyyatının dünya ədəbiyyatının inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Tədbirdə UNESCO-da akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Fransanın ictimai-siyasi və işgüzar dairələrinin, elm, mədəniyyət xadimləri, ekspertlər, KİV və rus icmasının nümayəndələri iştirak ediblər.
Rus Dili Günü çərçivəsində UNESCO-nun mənzil-qərargahında dilçilər və tərcüməçilər üçün “Rus ictimai-siyasi diskursunun xüsusiyyətləri” adlı seminar da təşkil edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]