Romada Osmanlı Sultanların dualı köynəklərindən ibarət sərgi açılıb
Bakı, 7 iyun, AZƏRTAC
Romadakı Yunus Emre İnstitutunun (YEE) Türkiyə Mədəniyyət Mərkəzində “Dualı köynəklər” (“Dualı Gömlekler”) adlı sərgi açılıb. Ekspozisiyada Osmanlı Sultanların müharibələrdə qələbə çalmaq və bədnəzərdən qorumaq üçün geyindiyi dualı köynəklər nümayiş olunur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən sərgidəki ekspozisiya çərçivəsində xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və 13 nəfərdən ibarət komanda tərəfindən hazırlanmış 30 iş təqdim olunub.
Sərginin açılışında çıxış edən YEE-nin Romadakı Türkiyə Mədəniyyət Mərkəzinin direktoru Zafer Kıyıcı bildirib ki, sərginin təşkilatçıları Yaponiya, Albaniya, daha sonra isə Romadakı incəsənətsevənlərə Osmanlı Sultanlarının geyindiyi dualı köynəkləri təqdim etməkdən çox şad olub.
İşıq üzrə rəssam Ayşe Vanlıoğlu bildirib ki, komanda türk sultanlarının zirehlərinin altından geydikləri ornamentli naxışlı və dua yazıları olan köynəklərini yaratmaqla Osmanlı dövrünün tarixi koloritini ötürmək istəyib.
“Bir çox ölkədə və Türkiyənin bir neçə şəhərlərində sərgilər keçirdik və onlar böyük diqqət çəkdi. İndi Romaya gəldik”, – deyə Ayşe Vanlıoğlu bildirib.
Rəssam eyni zamanda tədbirin İtaliyada keçirilməsinin vacibliyini qeyd edib.
“Əlbəttə ki, tarixi əlaqə olduqda, bu, bizi daha da həyəcanlandırır. Məsələn, ekspozisiyada Cem Sultanın köynəyi var. Cem Sultanın burada həbsdə olduğunu bilirik. Onun köynəyi sahibini heç vaxt tapmayıb”, – deyə o qeyd edib.
Öz növbəsində xəttat Mehmet Vanlıoğlu bildirib ki, onun komandası 10 il boyunca sərgilərlə məşğul olub: “Biz əcdadlarımızın mədəniyyətini gənclərə ötürdüyümüz üçün çox şadıq”.
Həndəsi formalara və mənalı motivlərlə yanaşı köynəklərdə hədislər və surələr də var. Bundan əlavə, köynəklər incəsənət və estetika baxımından unikal əhəmiyyətə malikdir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]