Mahir Emreli: Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik
Bakı, 6 iyun, AZƏRTAC
“Rəqibin gücü bizə bəllidir. Avropa çempionatına hazırlaşdıqlarını bilirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Albaniya yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
O, rəqibin keyfiyyətli oyunçulara malik olduğunu bildirib: “Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bu bayraq altında mübarizə aparırsansa, qarşılaşmaların hamısı vacibdir. Albaniya yığmasının Avropa çempionatına hazırlaşması bizə əlavə motivasiya verir. Belə matçlar mənim üçün bayram kimidir. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.
Qeyd edək ki, iyunun 7-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]