Eşqi Bağırov: Gələn həftə məktəblərdə yoxlamalar aparılacaq EKSKLÜZİV
Bakı, 6 iyun, AZƏRTAC
Gələn həftənin əvvəlindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı məktəblərdə yoxlamalar aparacaq.
Bunu AZƏRTAC-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, prosesdə şagirdlərin dərsə davamiyyəti, onların təhlükəsizliyi mövzularında bəzi tapşırıqların icrası yoxlanılacaq: “Şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılır. Bu proses məktəbin direktoru və direktor müavininin məsuliyyətidir və onların əmək funksiyalarına daxildir. Ötən gün də məktəblərdə dərsliklərin vaxtından əvvəl toplanmağa başlaması ilə bağlı fikirlər səsləndirildi. Biz bununla bağlı tapşırıqlar vermişik, nəzarəti gücləndirmişik.
Yoxlamalar zamanı son zəng ilə bağlı hazırlıq işlərinə də nəzarət ediləcək. Nəticələr ictimaiyyətə açıqlanacaq”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]