Tədrisin digər dildə aparıldığı bölmə üzrə məktəb və müəllim seçiminin tarixi açıqlanıb
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisin digər dildə aparıldığı bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi iyunun 12-si saat 11:00-da başlanacaq.
İdarədən AZƏRTAC-a bildirilib ki, həmin tarixdən digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil almayan və müsahibədə uğur qazanan uşaqlar üçün valideynlər tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi imkanı yaradılacaq. Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcək.
Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə məktəblərə şagird qəbulu ilkin olaraq prioritetə (üstünlük hüququ) əsasən həyata keçiriləcək. Prioritet üzrə (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) valideynlər ilk növbədə iyunun 12-dən iyulun 12-dək üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər.
Müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dildə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.
Onu da qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə I sinfə qəbulun müsabiqə yolu ilə aparıldığı ümumi təhsil müəssisələrinə məktəb seçimi (prioritet üzrə və prioritetləri olmayan uşaqlar üçün isə müsabiqə yolu ilə qeydiyyat) iyunun 20-si saat 18:00-da başa çatır. Müsabiqə yolu ilə qəbul aparılan ümumi təhsil müəssisələrinə prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçimi isə iyulun 8-də başlayacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]