Bu il daha 124 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib
İl ərzində ümumilikdə 300 standartın hazırlanaraq təsdiqlənməsi nəzərdə tutulub
Bakı, 5 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 300 peşə və kvalifikasiya standartının hazırlanaraq təsdiqlənməsi nəzərdə tutulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan artıq 124 standart hazırlanıb və təsdiq edilib.
Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudür. Kvalifikasiya standartı isə kvalifikasiyaların verilməsi üçün tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Standartların layihələrinə dövlət orqanları, təhsil müəssisələri, işəgötürən və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqları birliklərindən ibarət olan, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahə komissiyalarında baxılır. Həmin sahələr üzrə ekspert rəyləri nəzərə alınmaqla təsdiq edilir.
Ümumilikdə son 5 ildə 1132 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə daxil edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]