İpək Yolu Elektron Ticarət Beynəlxalq Beyin Mərkəzi Alyansı yaradılıb
Pekin, 5 iyun, AZƏRTAC
Çinin Şanxay şəhərində yerləşən Fudan Universitetində İpək Yolu Elektron Ticarət Beynəlxalq Beyin Mərkəzi Alyansının əsası qoyulub.
AZƏRTAC xəbər verir ki, alyans İpək yolu üzərində yerləşən ölkələr arasında rəqəmsal ticarəti və rəqəmsal iqtisadi əlaqələri tədqiq edən və tənzimləyən beynəlxalq əməkdaşlıq platformasıdır.
Çin İpək yolu üzərində yerləşən ölkələrlə elektron ticarət münasibətlərini inkişaf etdirmək əzmindədir. İpək yolu elektron ticarət platforması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Alyansın təsisçiləri sırasında Azərbaycandan Xəzər Universiteti də var. Son illər Xəzər Universiteti Çinin ali təhsil ocaqları, beyin mərkəzləri və elmi təşkilatları ilə sıx əməkdaşlıq edir, birgə elmi layihələr həyata keçirir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzi yaradılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]