ABŞ-Azərbaycan Ticarət Palatasında Minnesota Universitetinin “Həmişə Yaşıl Təşəbbüsü” təqdim edilib
Vaşinqton, 5 iyun, AZƏRTAC
ABŞ-Azərbaycan Ticarət Palatası, Minnesota Universitetinin Ərzaq, Kənd Təsərrüfatı və Təbii Resurs Elmləri Kolleci və “Ag Salon” kənd təsərrüfatı mütəxəssislərinin qeyri-formal qrupunun birgə təşkilatçılığı ilə Minnesota Universitetinin “Həmişə Yaşıl Təşəbbüsü” təqdim edilib.
AZƏRTAC-ın məlumatına görə, sərt hava şəraitinə uyğunlaşan yeni toxum növlərinin inkişafını nəzərdə tutan təşəbbüs torpaq qatının və suyun qorunması ilə yanaşı, yeni iqtisadi imkanları özündə ehtiva edir.
Tədbiri açan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov son illər Azərbaycanın yaşıl və dayanıqlı iqtisadiyyata önəmli yatırımlar etməsi, ölkədə alternativ enerji sahəsinin sürətlə inkişafı və kənd təsərrüfatında dayanıqlılığın artırılması barədə məlumat verib. O, Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini vurğulayaraq Minnesota Universitetinin təşəbbüsünün COP29 çərçivəsində də maraq doğura biləcəyini qeyd edib.
Daha sonra “Ag Salon” qrupunun rəhbəri Daniel Silversteyn çıxış edərək Minnesota Universitetinin sözügedən təşəbbüsünün qlobal ərzaq təhlükəsizliyinə, eləcə də su resurslarının qənaətinə töhfə verə biləcəyini bildirib.
Tədbirdə xüsusi qonaq qismində iştirak edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycanın qlobal iqlim dəyişikliyi mövzusundakı rolundan danışıb, Azərbaycanın COP29-a hazırlığı barədə məlumat verib.
Tədbir “Həmişə Yaşıl Təşəbbüsü”nün təqdimatı ilə davam edib. Təqdimatı edən tədqiqat mərkəzinin rəhbəri Corc Anor yeni toxum növləri barədə ətraflı məlumat verərək onların torpaq örtüyünün sağlamlığına, su resurslarının qənaətinə, eləcə də qida təhlükəsizliyinə töhfəsi barədə danışıb. İnkişaf etdirilmiş toxumların artıq kommersiyalaşdırılma mərhələsində olduğunu deyən mütəxəssis bu toxumların yarada biləcəyi iqtisadi imkanlar barədə məlumat verib.
Tədbir müzakirələrlə davam edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]