Yağış eroziyası: Aviasiya sektorunda həllini gözləyən məsələ
Bakı, 3 iyun, AZƏRTAC
Aviasiyanın təşəkkül tapdığı dövrdən yağışın səbəb olduğu eroziya ciddi problemdir.
AZƏRTAC xəbər verir ki, reaktiv təyyarələrin ortaya çıxması ilə aviasiyada sürət də artıb. Bu da öz növbəsində yağışla aşınmanı sürətləndirib. Yüksək sürətdə yağıntı ilə təmasda olan hava gəmilərinin örtüyü zədələnir, boya sıradan çıxır. Kosmik cihazlarda isə vəziyyət daha kirtikdir.
Məsələnin həlli üçün ABŞ, Britaniya və bir neçə ölkənin mütəxəssisləri birgə tədqiqat aparırlar. İlkin mərhələdə onlar aşınmanı azaltmaq üçün hava nəqliyyatının xarici səthində keramik materialların tətbiqini təklif ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]