Eyfel qülləsini ziyarət haqqı artırılır
Bakı, 3 iyun, AZƏRTAC
Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.
AZƏRTAC “Le Parisien” saytına istinadla xəbər verir ki, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.
Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14,20 avroya qaldırılır.
Fransa mediası bildirir ki, qiymət artımından məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.
Qeyd edək ki, Eyfel qülləsi dünyanın ən çox baş çəkilən abidələri sırasında yer alır. Ötən il qülləni 6,3 milyondan çox turist ziyarət edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]