Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib
Bakı, 2 iyun, AZƏRTAC
Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində ilk oyun gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi A qrupundakı sonuncu matçında Polşanın “Varşava Lotto” komandasına 16:21 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, yığmamız qrup üçüncüsü kimi 1/4 finala yüksəlib. Azərbaycan millisi bu raundda İspaniyanın “Barselona Panters” klubu ilə üz-üzə gələcək. 1/4 finalın digər qarşılaşmasında “Varşava Lotto” kollektivi İtaliya seçməsini sınağa çəkəcək.
Portuqaliya və Polşa yığmaları qrup qalibləri kimi birbaşa yarımfinala adlayıblar.
Finala gedən yolda “Barselona Panters” – Azərbaycan cütünün qalibi Portuqaliya ilə, “Varşava Lotto” – İtaliya görüşün qalibi isə Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər üç oyunda məğlub olan “Baku Fleyms” klubu isə mübarizəni qrup mərhələsində dayandırıb.
Qeyd edək ki, Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə iyunun 3-də yekun vurulacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]