Ankarada Azərbaycan milli rəqsləri təqdim edilib
Ankara, 2 iyun, AZƏRTAC
Türkiyənin Ankara şəhərindəki Təhsil Nazirliyinin Böyük Şura Salonunda Ankara Kafkas Dans Topluluğunun hesabat konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycan və Türkiyənin milli liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev, habelə hər iki ölkənin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirələri anıblar.
Ankara şəhərində fəaliyyət göstərən və əsasən Türkiyənin Qars və İğdır bölgələrində Azərbaycan əsilli, habelə digər Qafqaz mənşəli insanların yaratdığı rəqs dərnəyi və ansamblı haqqında məlumat verilib. Qeyd edilib ki, yüzlərlə həvəskar gənci öz ətrafında birləşdirən dərnək Qafqaz xalqları – Azərbaycan, gürcü, çərkəz, çeçen və s. milli rəqslərini təbliğ edir.
Daha sonra Ankara Qafqaz Rəqs Ansamblının çıxışları olub. Ansambl Qafqaz xalqlarının milli rəqslərini kollektiv və fərdi qaydada icra edib. Ansambl “Azərbaycan suitası”, “Naz eləmə”, “Uzundərə”, “Nəlbəki” və başqa xalq rəqslərimizi icra edib. Ansamblın bir sıra üzvləri milli musiqi alətlərimizin müşayiəti ilə Azərbaycan xalq mahnılarını səsləndiriblər.
Tədbirdə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə qardaşlığı, dövlətlərimiz, dövlət başçılarımız arasında yüksək səviyyəli münasibətləri qeyd edib. O, Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan rəqs sənətinin xalqımızın tarixi qədər qədim olduğunu, dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azərbaycanın Qobustan bölgəsindəki qayaların üzərindəki qədim insanların çəkdikləri rəsmlərdə də toplu rəqs edən insanların rəsmlərinin yaradıldığını söyləyib.
Samir Abbasov öz repertuarında Azərbaycan milli rəqslərinə daim geniş yer verən Ankara Qafqaz Rəqs Ansamblının bütün üzvlərinə təşəkkürünü bildirib və milli rəqslərimizin Türkiyədə təbliği, tanıdılması işində ansambla Azərbaycan Mədəniyyət Mərkəzinin daim dəstək olmağa hazır olduğunu qeyd edib.
Sonda Ankara Kafkas Dansları Topluluğunun fəaliyyətini dəstəkləyən Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi mükafat ansamblın rəhbəri tərəfindən təqdim edilib.
Digər çıxışçılar da Kafkas Dans Topluluğunun çıxışlarını təqdir edərək ansamblın ifalarının Türkiyədə maraqla qarşılandığını vurğulayıblar.
Sonda Ansambl dövlət bayraqlarımızla Azərbaycan – Türkiyə qardaşlığı həsr olunmuş çıxışları olub və ifalar alqışlarla qarşılanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]