Antalyada Roma dövrünə aid heykəllər tapılıb
İstanbul, 2 iyun, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Antalya vilayətində yerləşən Aspendos qədim şəhərinin qalıqları üzərində aparılan araşdırmalar zamanı Roma dövrünə aid təxminən iki min illik Zevs və Afrodita heykəlləri tapılıb.
AZƏRTAC xəbər verir ki, araşdırmalar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Gələcəyə miras” layihəsi çərçivəsində aparılır.
Qeyd edək ki, günümüzədək gəlib çatan nadir qədim teatr binası və su kəmərlərindən birinə sahib bu antik şəhərdə ilk dəfə 2008-ci ildə başlayan səthi araşdırmalar 2022-ci ildən etibarən Afyon Kocatepe Universitetinin mütəxəssisləri tərəfindən davam etdirilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]