Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib
Qazax, 1 İyun, Ruslan Novruzoğlu, AZƏRTAC
1 Iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar” adlı tədbir keçirilib.
Tədbirin aparıcısı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətlə tədbirdə iştirak edən qonaqları salamlayıb, Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin övladları başda olmaqla, bütün uşaqları təbrik edib, səmimi ürək sözlərini çatdırıb.
Gələcəyimiz olan balaca fidanlara aydın səma, parlaq günəş və bol-bol sevinc arzulayıb. Səhərlərimizin atəş səsləri ilə deyil, körpə səsləri ilə açılmasını, körpə gülüşünün dünyanın “Sevinc himninə” çevrilməsini arzu edib.
Sonra söz bu günün səbəbkarı olan uşaqlara verilib. Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi “Xoşbəxt olsun uşaqlar” mahnısını səsləndirərək həmyaşıdlarını təbrik ediblər.
Tədbir rayonda fəaliyyət göstərən musiqi məktəblərinin, rəqs kollektivlərinin ifasında maraqlı konsert proqramı ilə davam edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]