Dövlət Teatr Muzeyində tədbir – Uşaqların sevinci
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Uşaqların sevinci” adlı tədbir təşkil olunub.
Teatr muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbir muzeyin və Abşeron – Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Ümidə Hacıyeva uşaqları bayram münasibətilə təbrik edib və onlara bu əlamətdar günlə bağlı məlumat verib.
Tədbirin bədii hissəsində Xırdalan şəhər onbirillik Musiqi Məktəbinin şagirdləri bəstəkar pedaqoq Sevinc İbrahimovanın müxtəlif mövzulu uşaq mahnılarından ibarət musiqili kompozisiya ilə çıxış ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]