Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda müasir çağırışlara uyğun media mühitinin formalaşması haqqında məlumat verib. Bildirib ki, Agentlik media sahəsində fəaliyyətin çağdaş trendlərə uyğunlaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.
O, “Media haqqında” Azərbaycan Respublikası Qanunu və bu sahəni tənzimləyən digər normativ-hüquqi aktlar barədə məlumat verib, eyni zamanda, jurnalistlərin peşə etikası qaydalarının xüsusi əhəmiyyət daşıdığını qeyd edib, Azərbaycanda media sahəsində həyata keçirilən institusional quruculuq işlərindən danışıb.
Fransız Polineziyasından olan nümayəndələr media sahəsinin inkişaf etdirilməsi, media subyektləri və jurnalistlərə dəstək göstərilməsi istiqamətində işin təşkili, həmçinin müstəqil media subyektlərinin yaradılması ilə bağlı ölkəmizdəki təcrübə ilə maraqlandıqlarını bildirib, həmçinin gələcəkdə müvafiq sahədə əməkdaşlığın təşkili və mümkün formaları ilə əlaqədar fikirlərini bölüşüblər.
Görüşdə Polineziyada media sahəsinin inkişafı məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə dəstəyin göstərilməsi barədə fikir mübadiləsi aparılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]