Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib
Şamaxı, 1iyun, AZƏRTAC
Şamaxıda 1İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir iştirakçıları uşaqları təbrik edərək bu gün ölkəmizdə uşaqların sağlam, hərtərəfli inkişaf etmiş, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldığından söhbət açıb, uşaqlara sağlam həyat və xoşbəxt gələcək arzulayıblar.
Sonra tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin hazırladığı musiqi proqramı ilə davam etdirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]