Xaçmazda şəhid övladlarının bayram sevinci
Xaçmaz, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində şəhid övladı olan uşaqlar üçün “açıq qapı günü” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr idarəsi və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, 30 ilə yaxın müddətdə düşmən işğalında olan dədə-baba torpaqlarımızın azad edildiyini fəxarət hissi ilə vurğulayıblar. Qeyd edilib ki, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin tarixi qəhrəmanlıqları heç zaman unudulmayacaq.
“Açıq qapı günü”ndə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb.
Xilasedicilərin nümunəvi təlimi uşaqlarda böyük marağa səbəb olub.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]