Helsinki kitabxanasından götürülən kitab 84 ildən sonra qaytarılıb
Stokholm, 1 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
Artur Konan Doylun 26 dekabr 1939-cu il geri qaytarılma tarixi ilə kitabxanadan götürülmüş və fin dilinə tərcümə edilmiş “Sürgünlər” romanı 84 il sonra Helsinkidəki Oodi kitabxanasına qaytarılıb.
AZƏRTAC xəbər verir ki, kitabı təhvil alan kitabxanaçı Xeyni Strend əvvəllər heç vaxt bu qədər gecikmə ilə kitab almadığını bildirib.
Strend deyib: “Adətən vaxtı keçmiş kitablar ölən qohumlarının əşyalarını bir-bir gözdən keçirdikdə və onları geri qaytarmağı lazım bildikdə geri qaytarılır”.
Kitabın gec qaytarılmasının mümkün səbəbi qaytarılma tarixindən bir ay əvvəl sovet-fin müharibəsinin başlamasıdır. Xeyni Strendin sözlərinə görə, 1925-ci ildə nəşr olunan kitab yaxşı vəziyyətdə olduğu üçün yenidən oxuculara təqdim ediləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]