Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər
Bakı, 1 iyun, AZƏRTAC
Rusiya Əfqanıstanla neft məhsullarının tədarükü və bu ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov “Rossiya-24” telekanalının efirində deyib.
“Əfqanıstan iqtisadiyyatının, sözün əsl mənasında, ilkin zəruri ehtiyaclarının təmin edilməsi üçün neft məhsulları vacibdir. Lakin neft yeganə vasitə deyil”, – deyə Kabulov əlavə edib.
Xatırladaq ki, Kabulov bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinə “Taliban”ın “Qadağan olunmuş təşkilatlar siyahısı”ndan çıxarıla biləcəyini bildirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]