Çin ABŞ-ın orta mənzilli raketlərinin Filippində yerləşdirilməsinə qarşı çıxıb
Bakı, 1 iyun, AZƏRTAC
Çin Silahlı Qüvvələri ABŞ Silahlı Qüvvələrinin Filippində hərbi təlim bəhanəsi ilə orta mənzilli raketlərin yerləşdirilməsinə qarşı çıxır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu ÇXR-in müdafiə naziri Dun Çzyun Pentaqon rəhbəri Lloyd Ostin ilə Sinqapurun “Şangri-La dialoqu” Təhlükəsizlik Forumu çərçivəsində danışıqlarda bildirib.
“Hazırda Filippin Jenay rifi (Tomasın ikinci dayaz yeri) və digər məsələlər üzrə öhdəliklərini pozur, həmçinin xarici qüvvələrin təhriki ilə sıx bağlı olan təxribatlar həyata keçirirlər. Bu, xüsusilə ABŞ-ın hərbi təlimlər adı altında Filippində orta mənzilli raketlərin yerləşdirilməsinə aiddir. Bu, regionda təhlükəsizlik memarlığına ciddi təhlükə yaradır. Çin bununla bağlı qəti etirazını bildirir”, – deyə Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]