Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi təbəqədən olan uşaqlarla “Kiçik ürəkdə böyük cəsarət!” şüarı altında görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə səhiyyə naziri Samiq Sadıxov uşaqlara bayram təbriklərini, xoş arzularını çatdırıb, onlarla səmimi söhbət edib, suallarını cavablandırıb.
Balacalara üzərində “Kiçik ürəkdə böyük cəsarət!” şüarı əks olunan həkim xalatları hədiyyə olunub, təşəkkürnamələr təqdim edilib.
Sonra balacalar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Oftalmologiya və Fizioterapiya şöbələrində olub, müayinə, müalicə cihazlarının işləmə mexanizmi ilə maraqlanıb, iş prosedurunu praktiki yerinə yetiriblər. Daha sonra xəstəxananın önündə sülh quşu olan göyərçinlər havaya buraxılıb.
Tədbir çərçivəsində uşaqlar istirahət və əyləncə mərkəzində müxtəlif əyləncəli oyunlar oynayıb, süfrə arxasında asudə vaxtlarını səmərəli keçiriblər.
Sonda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi təbəqədən olan uşaqlara hədiyyələr təqdim edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]