Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib
Tbilisi, 1 iyun, AZƏRTAC
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı hazırladığı sənəd bizim üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT/DİTHB-nin hazırladığı sənədi şərh edərkən söyləyib.
İ.Kobaxidze deyib: “ATƏT/DTİHB-in sənədi Venesiya Komissiyasının sənədi ilə eyni qüvvəyə malikdir. Bu, tövsiyə sənədidir və biz yalnız hüquqi arqumentlərə əsaslanan şərhlərə münasibət bildirməyə borcluyuq. ATƏT/DTİHB sənədi heç bir hüquqi arqumentə əsaslanmır, Venesiya Komissiyasının şəffaflığın pis olduğu qənaətini praktiki olaraq təkrarlayır. Biz bilirik ki, şəffaflıq ən mühüm Avropa dəyərlərindən biridir və şəffaflıq pis ola bilməz. Şəffaflığın pis olduğunu deyən sənədin bizim üçün hüquqi dəyəri ola bilməz. Buna uyğun olaraq, biz Avropa İttifaqının əvvəldən qurulduğu prinsiplərə uyğun hərəkət edəcəyik”.
Baş nazir bildirib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı Gürcüstanın Vilnüsdəki səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılması da cavab tələb edirdi: “Bu, sadəcə olaraq, həyasızlıqdır və başqa bir şey deyil”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]