MN: Hərbi qulluqçuların asudə vaxtı yüksək səviyyədə təşkil olunur
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu hərbi hissələrdə olub, mədəni-kütləvi tədbir keçiriblər.
Mərkəzin yaradıcı heyətinin ifasında təqdim edilən konsert proqramı yüksək ovqatla qarşılanıb.
Həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar Vətən qoruyucularına çatdırılıb. Hərbi qulluqçular onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.
BƏNZƏR MƏQALƏLƏR
-
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
Bakı, 19 may, AZƏRTAC Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım göstərmək üçün hökumətdən əlavə 3,8 milyard […]
-
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
Bakı, 19 may, AZƏRTAC İngiltərədə uşaqların təhlükəsizliyini artırmaq üçün başları ilə futbol oynamaq qadağan ediləcək. […]
-
Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir
Bakı, 19 may, AZƏRTAC Yaxın gələcəkdə Teleqram messencerində bir sıra dəyişikliklər ediləcək – tezliklə heşteqlərin […]