AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Hava Yolları ilə Bakı-Milan istiqaməti üzrə səyahət edən sərnişinlər indi İtaliyanın məşhur “The Mall Firenze” və “The Mall Sanremo” ticarət mərkəzlərində xüsusi imkanlardan yararlana bilərlər.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, imtiyazlar AZAL və İtaliyanın lüks sinifli alış-veriş sahəsində ixtisaslaşan “The Mall Luxury Outlets” şirkəti arasında yeni əməkdaşlıq sayəsində mümkün olub.
Əməkdaşlıq sərnişinlərə “Gucci” butikinə və “Tax Free Lounge” zalına prioritetli giriş, həmçinin içkilər və birgə layihədə iştirak edən butiklərdə alış-veriş zamanı 10%-ə qədər endirim təqdim edir. Biznes sinifi sərnişinləri əlavə olaraq “V.I.P. Lounge by Poltrona Frau” zalına giriş imkanı əldə edirlər. Qeyd edək ki, bu üstünlüklərdən faydalanmaq üçün sərnişinlər minik talonlarını təqdim etməlidirlər.
İmtiyazlar Bakı ilə Milan arasında uçuş edən sərnişinlərin səfərlərini daha rahat və xoş etmək məqsədini daşıyır. AZAL müştərilərin gözləntilərini qarşılamaq və səyahətləri unudulmaz etmək üçün öz xidmətlərini genişləndirməyə davam edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]