Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tailandla Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”.

Bunu “Report”a açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.

Səfir bildirib ki, Azərbaycanla Tailandın əlaqələrinin inkişafı üçün fəaliyyətlər davam edir. Bura iki ölkə arasında turzimin inkişafı üçün viza məsələlərinin sadələşdirilməsi də daxildir:

“Yaxın günlərdə buna nail olacağıq. Çünki azərbaycanlı turistlərin Tailanda səyahət etmə potensialı artıb. Müvafiq orqanlarımız azərbaycanlı turistlərin Tailanda səfərini Ankara üzərindən deyil, sərhəddə qapı vizası (“VoA”-red) müraciət yoluyla həlli ilə məşğuldur”.

Qeyd edək ki, dekabrın beşində Türkiyənin paytaxtı Ankarada Tailandın Milli Günü qeyd edilib. Tədbirə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıblar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top