Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: “Kiberdomendə dövlət və özəl sektorun birgə mübarizəsi önəmlidir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi: “Kiberdomendə dövlət və özəl sektorun birgə mübarizəsi önəmlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün domenlərdə təhdidlərlə mübarizə aparan ordudur. Təkcə kiberdomendə dövlət və özəl sektorun birgə mübarizəsi önəmlidir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov “Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bütün dövlətlərin strategiyalarında bu qeyd edilib, eləcə də ölkəmizdə də kritikliyi təkcə dövlət sektorunda deyil, özəl sektorda da müəyyən etmək, inkişaf proseslərini izləmək, xarici təcrübəni öyrənmək tələb olunur:

“Kritik informasiya strukturları obyektləri siyahısının təsdiq olunması barədə Nazirlər Kabineti tərəfindən verilən tapşırıq icradadır. Bununla bağlı müraciət edilib. 30 gün ərzində sorğuların cavablandırılması qoyulsa da, bu müddət təəssüf ki, 90 günə çatıb. Kritik informasiya strukturları sahibləri obyektləri müəyyən etməkdə çətinlik çəkir. Nəzərdə tutulub ki, hər il bu obyektlərin siyahısında dəyişikliyin təsdiqi nəzərdə tutulub”.

D.Rüstəmov onu da əlavə edib ki, müəyyən sahələrdə kadr çatışmazlığı müşahidə olunur:

“Təhdidlər qlobaldır, sərhəd tanımır. Digər bölgədə baş verənlər, Azərbaycana tez çata bilir. Spamlar, fişinqlər aşağı səviyyədə qiymətləndirilsə də, lakin ssenarinin arxasında bir EPT (“External Penetration Test” – Xarici Müdaxilə Testi)  tərəfindən keçirilmədiyinə zəmanət verilmir.

Fərdi məlumatlara, infrastrukturları hədəf alan çoxlu kibertəhdid aktı var ki, buna qarşı mübarizə təşkil olunur.

Xarici xüsusi xidmət orqanlarında da irəli təcrübə mövcuddur. Onlarla sıx əlaqədə işləyir. Onlardan alınan kibertəhdid məlumatlarını mərkəz formasında  qurduğumuz platforma üzərindən paylaşmağı düşünürük”.

D.Rüstəmov qeyd edib ki, mülki müdafiə planının hazırlanması ilə bağlı böyük tapşırıq var.

“Artıq mülki müdafiə planının tərkibinə kibertəhdidlər də əlavə olunub. Planın tərkibində kiberböhran hallarının idarə olunması ilə bağlı hissə olacaq. Bu, olduqca vacibdir. Ölkədə hansısa böhranda kibertəhlükəsizlik vəziyyəti necə idarə olunacaq və qurumların cavabdehliyi necə olacaq? Yaxın müddətdə mükəmməl sənəd hazırlanacaq”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top