ETX rəisi: “Fərdi məlumatların qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qeyri-kritik olan infrastrukturlarda müəyyən kibertəhlükəsizlik normaları formalaşmalıdır”.
Oxu.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov “Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir” adlı paneldə çıxışı zamanı deyib.
S.Rəsulovun sözlərinə görə, vətəndaşların fərdi məlumatlarını qorumaq vacibdir:
“Ölkədə mövcud olan fərdi məlumatların qorunması ilə bağlı qanun var və hazırda yeni qanun layihəsi hazırlanır. Ümid edirəm ki, ilin sonuna qədər yeni qanun layihəsi qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək.
Texnologiya dayanmadan inkişaf edir və qanunvericilik də bu inkişafla ayaqlaşan olmalıdır. Bu o demək deyil ki, bir qanun qəbul edildi və 10 il həmin qanuna istinadən qərar veriləcək. Yeni və müasir tələblərə cavab verən qanun olmalıdır”.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]