Tural Məmmədov: “İT işçiləri müəyyən problemlər yaşayırlar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tədbirə qeydiyyat avqust ayından başlayıb. 650 nəfər qeydiyyatdan keçib. Hər təlim üçün müraciətlərdə ilk 60 nəfərin qeydiyyatı təsdiqlənib”.
Oxu.Az xəbər verir ki, bunu 26-27 oktyabrda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbiri ilə bağlı brifinqdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O bildirib ki, təlimlərdə kiberhücumlar zamanı aktiv reaksiyalar ölçülür:
“Fövqəladə, böhran vəziyyətdə reaksiya və hesabatlılıq önəmli götürüləcək. İT işçiləri hesabatların hazırlanmasında, mövcud vəziyyətin rəhbərliyə çatdırılmasında problemlər yaşayırlar. Kritik infrastrukturlar barədə məlumatlı və hazırlıqlı olmaq, bu istiqamətdə operativ reaksiya və atılması vacib olan addımlarla bağlı təcrübələr bölüşüləcək. Növbəti mərhələlərdə banklara məxsus ödəmə sistemlərinin müdafiəsi ilə bağlı yarışlar olacaq. Gələcəkdə daha spesifik sahələrdə fərqli tematik yarışlar keçiriləcək”.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]