Azərbaycan Rusiya-Çin birgə layihəsinə qoşulub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Rusiya-Çin birgə layihəsinə qoşulub

Azərbaycan Ayda Beynəlxalq Elmi Stansiyanın tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.

Məlumata görə, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri layihə üzrə əməkdaşlıq sazişi imzalayıblar. Hər iki tərəf elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqram üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, bu günə kimi proqrama Azərbaycandan əlavə Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin “Nano-SPACE” şirkəti də Beynəlxalq Elmi Stansiyanın tikintisi layihəsinə qoşulub.

Mənbə: TASS

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top